Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb.

Almatı şəhərinə giriş və çıxış qadağandır.

Komendant saatı axşam saat 23:00-dan səhər saat 7:00-a qədər davam edəcək. Almatı və Manqistau vilayətində kütləvi tədbirlərin keçirilməsi də qadağan edilib.

Qeyd edək ki, Qazaxıstanda etirazlar yanvarın 2-dən Janaozen, Manqistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində başlayıb. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz edirlər. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.

Qazaxıstan hökuməti Manqistau vilayətində maye qazın qiymətinin 1 litr üçün 50 təngəyə (0,11 dollara və ya 20 qəpik – red.) endirisə də etirazlar davam edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin