Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Əliabad qəsəbə sakini Ceyhun Rzayevə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.

C.Rzayev barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin