Zamiq Hüseynov şəhid və qazi ailələri üçün konsert verəcək


Müğənni Zamiq Hüseynov 2022-ci ilin ilk solo konsertinə imza atacaq.

Metbuat.az xəbər verir ki, sənətçinin şəhid və qazi ailələri üçün nəzərdə tutulan “Var ol” adlı musiqili gecəsi 7 yanvar tarixində Heydər Əliyev sarayında reallaşacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək konsertdə əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alacaq.

Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “Yaşat” fonduna ianə ediləcək.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu