Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Voleybol üzrə Azərbaycan çempionatlarında 2021/2022 mövsümünə start verilib.

Metbuat.az-ın məlumatına görə, qadınlar arasında Super Liqanın ilk turunun açılış matçında “Murov” və “Abşeron” komandaları qarşılaşıb. Görüş qonaqların inamlı qələbəsi ilə yekunlaşıb.

Ardınca kişi voleybolçular arasında Yüksək Liqada mübarizə start götürüb. I turun ilk oyununda MOİK “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, hər iki qarşılaşma “Murov”un Biləcəridəki zalında baş tutub. Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejiminə uyğun olaraq oyunlar azarkeşsiz təşkil edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin