Vətəndaşlar Azərbaycan milli komandasının baş məşqçisi postunda kimi görür?


Vətəndaşların futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə bağlı aparılacaq müzakirələrə dair fikirlərini öyrənmək məqsədilə MTM (Media Təhlil Mərkəzi) tərəfindən 26-30 noyabr tarixləri arasında sorğu keçirilib.

Metbuat.az xəbər verir ki, sorğuda iştirak edən 742 respondentin 22%-ni qadınlar, 78%-ni kişilər təşkil edib.

Belə ki, sorğunun nəticələrinə görə, futbol üzrə Azərbaycan milli komandasının inkişafına daha çox təsir edən məşqçini müəyyənləşdirmək mümkün olub. Azərbaycan milli komandasının baş məşqçisi postunda vətəndaşlar bu məşqçiləri uyğun bilib:

Şahin Diniyev (2005–2007) – 10%;

Berti Foqts (2008–2014) – 17%;

Robert Prosineçki (2014 – 2017) – 25%;

Qurban Qurbanov (2017 – 2018) – 41%;

Nikola Yurçeviç (2019 – 2020) – 3%;

Canni De Byazi (2020-ci ildən indiyədək) – 6%;

Digər – 8%;

Cavab verməkdə çətinlik çəkirəm – 22%.

Respondentlər milli komandamızın baş məşqçisi postunda görmək istədikləri yerli mütəxəssisin adını da açıqlayıblar. Hazırda “Zirə” futbol klubunu çalışdıran Rəşad Sadıqovu milli komandamızın baş məşqçisi postunda görmək istəyənlər cavab verənlərin 44%-ni təşkil edib. İştirakçıların 10%-i “Neftçi”nin hazırkı baş məşqçisi Samir Abbasovu, 10%-i “Neftçi”nin keçmiş baş məşqçisi Nazim Süleymanovu, 5%-i milli komandanın hazırkı köməkçi məşqçisi Arif Əsədovu, 3%-i isə “Sumqayıt” klubunun hazırkı çalışdırıcısı Ayxan Abbasovu milli komandanın baş məşqçisi vəzifəsinə uyğun hesab edib. “Digər” variantını seçənlər respondentlərin 28%-ni təşkil edib.

Qeyd edək ki, dekabrın 2-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddətinin 2022-ci ilin oktyabr ayına qədər uzadılmasına qərar verilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu