Qoç – işdə situasiya asan olmasa da, pozitiv təmayüllər tədricən güclənir. Rəhbərliklə ciddi məsələləri müzakirə etmək, tərəfdaş və ya şəriklə situasiyanı nəzərdən keçirmək gərəkdir. Tələskənliyə yol verməyin, tamahkar olmayın.

Maliyyə məsələlərindəki durum yaxşı deyil. Situasiyanı şübhəli anlaşma, razılaşma və ya avantüralar vasitəsilə düzəltməyə çalışmayın. Daha əlverişli şəraiti gözləyin.

Şəxsi münasibətlər sahəsində durum yaxşıdır. Qarşılıqlı anlaşma, təmənnasız dəstək zamanıdır.

Romantik münasibətlər ciddiləşir. Sizi nə məhdudiyyətlər, nə yeni öhdəliklər saxlaya bilməz.

Buğa – özünüzü qoruyun, səhhətinizə fikir verin. Nasazlıq, soyuqdəymə, zökəm, xroniki ağrıların kəskinləşməsi ehtimalı var. Səfərdəsinizsə, yaxşı bələd olmadığınız marşrutla hərəkət edirsinizsə, xüsusilə ehtiyatlı olun.

Mənfi təmayüllərin təsiri altında olan daha bir yaşam sahəniz maliyyədir. Düşünülməmiş, gərəksiz xərclərə yol verməyin. Başqalarına imkan verməyin ki, pullarınıza ağalıq etsinlər.

Günün ikinci yarısı uğurlu, əlverişli vaxtdır. Peşəkar irəliləyişə nail olacaqsınız. Yeni layihə ilə bağlı işlərə başlayın. Şəxsi münasibətlərdə ciddi problemlər olmayacaq. İstənilən çətin vəziyyətdən çıxış yolu var.

Əkizlər – işgüzar münasibətlər həddən artıq ehtiyatlı davranış tələb edir. Mənfi təsir altına düşməyin, yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Belə çətin situasiyada düşünülməmiş addımlar yolverilməzdir. Şirin vədlər verən, yaxşı tanımadığınız insana inanmağınıza az qalanda bu sözləri unutmayın.

Müstəqil iş əhəmiyyətli nailiyyətlər vəd edir.

Yaradıcı peşə sahibləri istedad və bacarıqlarını tam izhar etməyə imkan verən təklif ala bilərlər.

Ailədəki münasibətlər normallaşır, ümumi problemi həll etmək üçün birləşmə imkanı yaranır.

Uzaqda yaşayan qohumlarla münasibətlərdə çətinliklər var. Qarşılıqlı anlaşma əldə etmək gərəkdir.

Sevdiyiniz insanla fikir ayrılığı var. Problemin ciddi münaqişəyə çevrilməsinə yol verməyin.

Xərçəng – uğurlu, harmonik və irəliləyişlər vəd edən gündür. İşdə əhəmiyyətli uğura nail ola bilərsiniz. Rəqibləri üstələmək, qarşınıza qoyduğunuz məqsədə doğru ciddi addımlar atmaq, önəmli və perspektiv layihədə təkana nail olmaq üçün səbrli, soyuqqanlı olun.

Həmkarlar və rəhbərliklə fikir ayrılıqları istisna deyil. Mövqeyinizi, baxışlarınızı müdafiə edin. Yaxın ətrafınızdakı insanları da öz tərəfinizə çəkin.

Günün ikinci yarısında romantik münasibətlər sürətlə inkişaf edlir. Yüngül macəranı ciddi hisslər əvəzləyir.

Amma unutmayın ki, izafi etibar, sadəlövhlük kimsəyə xeyir verməyib.

Hətta ən romantik situasiyada soyuqqanlı, təmkinli olun.

Dolça – maliyyə məsələlərinin durumu yaxşı deyil. Belə situasiyada hansı qərarları qəbul etməyin gərəkdiyini düşünün. Qohumlar və sevdiyiniz insanın yardımına bel bağlamaq olar. Dostlar da köməyini əsirgəməyəcəklər. Amma problem budur ki, alınan pullar müşkülü tam həll etmir.

Sağlam məntiqlə davranın, zərurət duyulmayan əşyalar almayın, bədxərclik etməyin.

Karyera inkişafı istisna deyil. Uğurlu həllər bədxahlar üzərində qələbəni və nüfuzlu şəxsin rəğbətini təmin edəcək. Dövlət qurumlarının mənsubları ilə təmaslar da problem yaratmayacaq.

Asudə vaxtınızı fayda ilə keçirin. Ev işlərini unutmayın.

Balıqlar – bütün ümidləriniz çin olmayacaq. Lakin taleyinizə düşən sınaqları mətin qarşılayın, sakit davranın. Uğurun şərti budur

Qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə gedin. Tələlərə düşməyin, vədlərə şirniklənməyin.

Əməl və sözlərinizdə ciddi olun. Əks təqdirdə rəqibləri üstələyərək bədxahları pərişan edə bilməzsiniz.

Şübhəli şəxslərlə təmaslara girməyin. Yalnız etibar etdiyiniz, inandığınız insanlarla təmasda olun.

Şəxsi münasibətlər baxımından əlverişli gündür. Ailə və sevdiyiniz insanla bağlı planları reallaşdıra bilərsiniz.

Fikir ayrılığı və mübahisələrə son qoyun.

Əks cinsin rəğbətini qazanmağa çalışın.

Milli.Az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin