Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 182 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda 345 754 nəfərin test edildiyi, 17 956 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 648 nəfərin isə bu xəstəlikdən sağaldığı deyilir.

Qeyd edək ki, 6 nəfərdə COVID-19-un “Omicron” ştammı aşkar edilib. nazirlik əhaliyə müraciət edərək, bundan qorxmamalarını tövsiyə edib və COVİD-19-a qarşı peyvənd olunmanı tamamlamağın vacibliyini bildirib.

Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 121 655 651 peyvənd tətbiq edilib ki, bunun 91,05 faizi birinci, 82,03 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin