Teymur Musayevdən koronavirus laboratoriyaları ilə bağlı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,
“Koronavirus tez-tez mutasiyaya uğrayır. Yeni ştamlar yaranır. Həmin yeni ştamlara yoluxarkən müxtəlif kliniki gedişata malik olan xəstəliklər də öz xüsusiyyətini dəyişir. Bununla bağlı görülən tibbi tədbirlər dəyişmiş ola bilir”.

Bunu AZTV-nin efirində yayımlanan “Hədəf” verilişində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

T.Musayev qeyd edib ki, COVID-19 xəstəliyinin diaqnostikasında qızıl standart kimi qəbul edilmiş zəncirvari reaksiya üsulu var:

“Çox qısa bir müddətdə sırf COVID-19 diaqnostikası üçün hazırlanmış 50-dən çox laboratoriya işə salınıb. Mövcud olan şəbəkəyə qoşulub. Həmin laoratoriyalar mərkəzi şəhərlərdə yox, regionlarda fəaliyyət göstərir.

Yeni klinikaların və modul tipli xəstəxanaların əks-pandemik tədbirlərə cəlb olunması onu göstərdi ki, ölkə başçımızın yeritdiyi səhiyyə siyasəti və həmin siyasətin mərkəzində duran Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Başa dön tuşu