Əvvəllər azadlıq simvolu sayılan sosial şəbəkələr zaman keçdikcə demokratiya üçün əsas təhlükələrdən birinə çevrilib.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda informasiya texnologiyaları üzrə konfransın iştirakçılarına videomüraciətində bildirib.

“Əvvəlcə azadlıq simvolu adlandırılan sosial şəbəkələr bugün demokratiyanın əsas təhdid mənbələrindən birinə çevrilib. Sosial şəbəkələrə marağın artması ilə yalan və dezinformasiya axını da artır. Bu problem ayrı-ayrı dövlətlərin milli təhlükəsizliyindən kənara çıxaraq təhlükəsizliyə qlobal təhdid miqyasına çatıb”, – Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti dəqiq və qərəzsiz məlumat almaq hüququnu pozmadan vətəndaşları, xüsusən cəmiyyətin həssas təbəqələrini yalan və dezinformasiyadan qorumağa çalışır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin