Sərnişini çaya dəvət edən taksi sürücüsü: “ Xanıma birlikdə istirahət etməyi təklif etmişəm”


Xəbər verdiyimiz kimi, dünən Bakıda taksi sürücüsü maşına əyləşən qadına çay içmək təklifi edib.

Metbuat.az Baku Tv-yə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin sürücü müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Sürücü əməlindən peşman olduğunu deyib.

“İdarə etdiyim “Mercedes” markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Bu gün Günəşli qəsəbəsində avtomobilimə müştəri kimi oturan xanıma birlikdə istirahət etməyi təklif etmişəm. Əməlimə görə peşmanam”, – deyə o bildirib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu