Aprel döyüşləri zamanı şəhid olan Mahmud İbrahimovun anası Gülbəniz İbrahimova vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Ceyran Həsənova qeyd edib ki, Aprel döyüşlərinin qəhrəman şəhidi Mahmud İbrahimovun anası dəyərli bacımız, gözəl insan, qayğıkeş ana Gülbəniz xanım uzun sürən ağır xəstəlikdən haqq dünyasına – oğluna qovuşdu.

Qeyd edək ki, şəhid Mahmud Azər oğlu İbrahimov 1997-ci ilin 3 sentyabr tarixində Abşeron rayonunun Mehdiabad qəsəbəsində anadan olub. 2016-cı ilin Aprel döyüşlərində şəhid olan əsgər doğulduğu Mehdiabad qəsəbəsində dəfn olunub. Döyüşlərdə göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

280626




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin