Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi “Globe Soccer Awards”a layiq görülən futbolçuların adları açıqlanıb.

Metbuat.az xəbər verir ki, Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Eyni zamanda Canluici Donnarumma ən yaxşı qapıçı, İtaliya “Yuventus“unda çıxış edən Leonardo Bonuççi ən yaxşı müdafiəçi, AlmaniyaBavariya“sının oyunçusu Robert Levandovski isə ən yaxşı hücumçu seçilib. Polşalı forvarda həmçinin Maradona mükafatı təqdim olunub.

Bundan başqa, Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kriştianu Ronaldo bütün zamanların ən yaxşı bombardiri seçilib.

İlin komandası adına isə İngiltərə “Çelsi“si layiq görülüb. London klubu bu il UEFA Çempionlar Liqasını qazanıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin