Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.

Görüşdə Prezidentin “Qarabağ”ın futbolçusu Qara Qarayevlə zarafatı və gülüşmələri diqqət çəkib.

Metbuat.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ölkə başçısı ilə səmimi görüşlə bağlı təəssüratını “Qafqazinfo” ilə bölüşüb.

“Prezident Qurban Qurbanovu göstərib mənə dedi ki, Füzulidən oyuna gəlib çata bildin? Dedim ki, “yox”. Prezident buna güldü”.

Qeyd edək ki, Prezidentin oktyabrın 17-si Füzuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib. Görüşdə “Qarabağ” komandasının və eləcə də millimizin futbolçusu Qara Qarayev də iştirak edib. Həmin gün “Qarabağ”ın “Sabah”la oyunu vardı.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin