Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ağır xəstəlik və ölümə qarşı koronavirus peyvəndlərinin effektivliyində kiçik bir azalma olduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə ÜST-ün Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında deyib.

“Hazırda 77 ölkə “Omicron” ştamının aşkarlanması barədə məlumat verib. Yəqin ki, “Omicron” hələ aşkar edilməmiş əksər ölkələrdə də mövcuddur”, – Baş direktor bildirib.

Qebreyesus əlavə edib ki, “Omicron” əvvəllər heç bir ştamda olmayan sürətlə yayılır:

“İnsanların “Omicron”u yüngül ştam kimi görməsindən narahatıq. “Omicron” daha az ciddi xəstəliyə səbəb olsa belə, çox sayda yoluxma yenidən hazırlıqsız sağlamlıq sistemlərini alt-üst edə bilər”.

O, maska taxmaq, sosial məsafə saxlamaq, havalandırma və əl gigiyenası kimi tədbirləri davam etditməyə çağırıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin