Paşinyan konstitusiyaya dəyişiklik edəcək – Proses başladı…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistan Konstitusiyaya dəyişiklik etmək niyyətindədir. Bunun üçün artıq ilk addım atılıb.

Metbuat.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il fevralın 12-də yaradılmış konstitusiya islahatları üzrə peşəkar komissiyanın buraxılması və Konstitusiya islahatları üzrə Şuranın yaradılması haqqında cümə günü fərman imzalayıb.Şuraya ədliyyə naziri sədrlik edəcək, üzvlər (razılığa əsasən) Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri, hüquq müdafiəçisi, və deputatdır. Şura müsabiqə əsasında beş nəfərdən (hüquq elmləri doktoru və ya namizədi və ya hüquq elmləri namizədi, yaxud hüquq elmləri üzrə magistr dərəcəsi olan xarici ölkədən hüquqşünaslar üzrə ən azı 7 il iş təcrübəsi olan hüquqşünaslar) ibarət konstitusiya islahatları üzrə peşəkar komissiya təşkil edəcək.

Nazir bir ay müddətində Konstitusiya İslahatı Şurasının yaradılması ilə bağlı qərar layihəsini hazırlayıb Baş Nazirin aparatına təqdim etməli, onun tərkibini və fəaliyyət qaydasını təsdiq etməlidir. Prezident Armen Sarkisyan da konstitusiya dəyişikliklərinin tərəfdarıdır. O hesab edir ki, ölkə yenidən prezident idarəetmə formalı respublikaya çevrilməlidir.

Xatırladaq ki, 2015-ci ildə konstitusiyaya dəyişikliklərin qəbulundan sonra Ermənistan prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu