Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Özbəkistanın Baş Prokurorluğu Milli Universitetin kitabxanasından XIII-XV əsrlərə aid nadir əlyazma və kitabların oğurlanması faktını araşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə Özbəkistan Baş Prokurorluğunun mətbuat katibi Xayet Şəmsəddinov teleqram kanalında məlumat verib. Oğurlanan Özbəkistanda və Orta Asiyada əsrlər əvvəl yaradılmış onlarla kitab və əlyazmadır.

Onların arasında orta əsr şairi və mütəfəkkiri Əlişir Nəvainin qızıl cildli “Xəmsə” dastanı, fars şairi və tarixçisi Şərəfiddin Əd-din Yəzdinin “Zəfər namə” adlı XV əsrin əvvəllərinə aid tarixi salnamələri var.

Ehtimal olunur ki, bu kitablar xaricə qaçaqmalçılıq yolu ilə aparıla bilər, çünki dünya bazarında onların dəyəri bir neçə milyon dollara çata bilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin