“Atam Oqtay Gülalıyev ilə bağlı yazılan xoşagəlməz xəbər yanlışdır. Sağlığı, səhhəti yaxşıdır”.

Metbuat.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev “Facebook” səhifəsində qeyd edib.

“Diqqət dostlar, atam Oqtay Gülalıyev ilə bağlı yazılan xoşagəlməz hadisə yanlışdır. Sağlığı, səhhəti yaxşıdır. Kimlərin nə niyyətlə yanlış məlumat yayması aydın deyil.
Dostlar, xahiş olunur dəqiqləşdirilmədiyi halda yanlış məlumat yaymayasınız”, – deyə o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bir sıra saytlarda Oqtay Gülalıyevin vəfat eməsi ilə bağlı xəbər yayılmışdı.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin