“KİV haqqında qanunun müvafiq maddəsinə istinad etsək, görəcəyik ki, indiki jurnalistlərimiz, ümumiyyətlə ştatdankənar və ştatlı müxbirlərimiz jurnalist statusundan istifadə edir”.

Müstəqil.az xəbər verir ki, bunu ARB 24-ün “Gündəm” verilişinə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, Media haqqında qanun layihəsində daha geniş yanaşma tətbiq edilib:

“Hər hansı media subeykti ilə istər ştatlı, istərsə də ştatsız heç bir əmək müqaviləsi olmadan əməkdaşlıq edənlər də jurnalist vəsiqəsi ala bilər. Onların fəaliyyəti ilə bağlı heç bir məhdudiyyət yoxdur. Jurnalist hansısa bir materialı hazırlayıb təqdim edirsə, həmin material üzərində müəllif hüququ var və onun media subyektində yayılması ilə bağlı müqavilə bağlayaraq özünü jurnalist kimi bəyan edir. Qanun layihəsində belə bir bəsit və səmərəli mexanizm ortaya qoymuşuq. Əmək müqaviləsi olmayan, müstəqil olaraq fəaliyyət göstərən, bir və ya bir neçə media subyektinə material təqdim edən jurnalistlər həmin maddənin təsir dairəsinə düşür. Sadəcə onların material təqdim etməsi hansısa bir sənəddə öz əksini tapır. Həmçinin qonarar alınması prinsipi də müqavilə əsasında olur”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

By admin