Macarıstan və Çexiya Polşaya hərbi tağım göndərir


MacarıstanÇexiya Polşa ilə Belarus arasındakı sərhədə öz hərbçilərini göndərməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak dekabrın 3-də jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda Polşa hərbçilərinin dəstəklənməsi ilə bağlı Çexiya və Macarıstanın hərbi səlahiyyətliləri ilə danışıqlar aparılır”, – nazir vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Belarusla sərhədi qorumağa yardım üçün Polşaya Böyük Britaniya və Estoniyadan hərbi tağımların gəldiyinə dair məlumat yayılmışdı.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu