Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən və müxtəlif ünvanlardan oğurluqlar edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Tərlan Səmədov saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayonunun Şilavar kəndi ərazisindəki 2 yaşayış evindən 4 765 manat dəyərində məişət əşyalarını oğurladığı müəyyən edilib.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat axtarış tədbirləri nəticəsində isə 6 yaşayış evinin həyətindən və 1 mağazadan ümumilikdə 2 782 manat dəyəri olan məişət əşyaları və avtomobil ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən rayon sakini Elnur Kərimov saxlanılıb.

Bundan başqa, həmin şəxsin Lənkəran rayon sakini olan Fəxrəddin Ağayevlə birlikdə daha bir yaşayış evinin həyətindən yük avtomobilinə məxsus sürətlər qutusunu oğurladıqları da müəyyən edilib.

Saxlanıldıqdan sonra keçirilən baxış zamanı hər iki şəxsin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin