Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən dekabr ayının 1-dən bu günə qədər şəhər mərkəzində, eləcə də bir neçə kənd ərazisində keçirilən tədbirlər zamanı bəzi şəxslərin məişət tullantılarını urnalardan kənara, eləcə də müəyyən edilməyən yerlərə atdıqları müəyyən edilib.

Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 14 vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub. Həmin şəxslərin hər biri 50 manat məbləğində cərimələniblər.

Polis əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması istiqamətdə tədbirlər davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin