Kanadanın Baş naziri “Castin Trudeau” dövlət qulluqçuları üçün dünyada ən sərt peyvənd siyasətlərindən birini qəbul edib və artıq 1000-dən çox işçini ödənişsiz məzuniyyətə buraxıb. Aviaşirkətlər, polis qüvvələri, məktəb şuraları və hətta Kanadanın Böyük Beş bankı da ciddi məcburi peyvənd siyasətini tətbiq edirlər. Lakin, xüsusilə işəgötürənlər kadr çatışmazlığı ilə mübarizə apardıqca və işçilər azadolma tələb etdikcə, bu qaydalara əməl etmək çətinləşib.

Metbuat.az xəbər verir ki, rəsmi məlumatlar göstərir ki, Kanadada vakant iş yerləri bu il iki dəfə artıb. Potensial olaraq əmək haqqına təzyiq göstərə bilərən bu vəziyyət təxminən iki onillikdə ən yüksək həddində olan inflyasiyanı gücləndirə bilər .

Kanada Müstəqil Biznes Federasiyasının baş icraçı direktoru “Dan Kelli,” “Peyvənd mandatı qoymaq bir yana, işçi tapmaq artıq çətindir. Potensial işçilərin daha 20%-ni işdən çıxarardınız” deyə üsyankar açıqlamalar verib.

Reuters Graphics Reuters Graphics

Sənaye qrupları və marketinq ekspertləri bildiriblər ki, şirkətlər COVID-19 epidemiyası riski daha yüksəkdir və bir çox peyvənd edilmiş işçilər vaksin olunmayanlarla işləməkdən narahatdırlar. Kanadada böyüklərin 86%-i tam peyvənd olunub, baxmayaraq ki, 18-40 yaşlılar arasında bu hal 80%-dən aşağıdır. Kanadada yeni “Omicron” mutasiyasında 15 nəfər yoluxub. Vaksin tələblərini qeyd edən axtarış saytında Kanada iş elanlarının sayı avqust ayından bəri dörd dəfə artıb.

Reuters qrafikası

Kanada İstehsalçıları və İxracatçılarının Baş Direktoru “Dennis Darby” isə açıqlamasında maraqlı nüanslara toxunub. Onun fikrincə son vaxtlar şirkətlər peyvənd olunmamış işçiləri əmək bazarına cəlb edirlər. Kanada fabriklərinin əksəriyyətinin pandemiya dövründə təhlükəsiz şəkildə işlədiyini söyləyən Darby qeyd edib ki, əgər siz çölə çıxıb desəniz ki, “biz qəsdən peyvənd olunmamış insanları işə götürməyə çalışırıq”, bir çox müştəri bunu sizin elm və təhlükəsizlik əleyhinə olduğunuzla eyniləşdirəcəkdir ” deyib.

Gülbəniz Hüseynli / METBUAT.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin