İstanbulda ağır qəzaya düşən azərbaycanlı gənc VƏFAT ETDİ


Azərbaycanlı gənc Türkiyədə ağır qəzaya düşüb.

Metbuat.az oxu.az-a isinadən xəbər verir ki, bu barədə gəncin yaxınları məlumat verib.

Bildirib ki, Naxçıvan MR Şərur rayonunun Dizə kənd sakini Mehdi Əsədzadəni bir neçə gün əvvəl İstanbulda maşın vurub.

Bütün müdaxilələrə rəğmən 26 yaşlı gənc bu gün dünyasını dəyişib.

M.Əsədzadə İstanbulda yaşayıb və orada çalışırmış. O, Türkiyəyə bir müddət əvvəl gedibmiş.

M.Əsədzadənin qardaşı Həsən Əsədzadə Vətən Müharibəsi qazisidir. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu