İstanbul derbisində böyükhesablı heç-heçə

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Futbol üzrə Türkiyə Super Liqasında XVII turun son görüşü “Fənərbağça” və “Beşiktaş” komandaları arasında keçirilib.

Metbuat.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşması heç-heçə ilə yekunlaşıb – 2:2. İlk qolu 14-cü dəqiqədə penalti ilə meydan sahiblərindən Mesut Özil vurub. 25-ci dəqiqədə Jozef de Souza Dias hesabı bərabərləşdirib.

30-cu dəqiqədə Mergim Berişa yenidən yerli komandanı önə çıxarıb. Lakin Lakin 59-cu dəqiqədə Jozef özünün və komandasının ikinci qolunu vuraraq, yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra “Fənərbağça” 28 xalla 5-ci, “Beşiktaş” 25 xalla 9-cu pillədə qərarlaşıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu