İsrail lideri tarixdə ilk dəfə BƏƏ-yə gedir


İsrailin Baş naziri Naftali Bennet bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edir.

Metbuat.az xəbər verir ki, bu barədə İsrailin baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Bennet BƏƏ vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşəcək. Görüşün sabah baş tutacağı bildirilir.

Qeyd olunur ki, görüş zamanı “iki ölkənin rifahı və sabitliyinin gücləndirilməsinə töhfə verəcək iqtisadi və regional mövzularda əlaqələrin inkişaf etdirilməsi” müzakirə olunacaq.

Bildirilib ki, səfər İsrail baş nazirinin BƏƏ-yə ilk rəsmi səfəridir.

15 sentyabr 2020-ci il tarixində Ağ Evdə keçirilən mərasimdə İsrail və BƏƏ arasında münasibətlərin normallaşdırılmasına dair saziş imzalanıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu