İranda nüvə stansiyası yaxınlığında güclü partlayış olub


İranın İsfahan şəhərindəki Natanz nüvə stansiyası yaxınlığında partlayış baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İranın “Fars” xəbər agentliyinin məlumatına görə, Natanz nüvə stansiyasından 20 kilometr aralıda yerləşən Bədrud bölgəsində partlayış baş verib.

Agentlik yerli mənbələrə əsaslanaraq, pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib. İranın Milli Təhlükəsizlik Ali Şurasına bağlı “Nournews” isə mümkün hücuma qarşı raket sınağı həyata keçirildiyini açıqlayıb.

İran dövlət televiziyası raketin hava hücumundan müdafiə sistemlərinin mümkün hücuma qarşı reaksiyasını ölçmək üçün təlim məqsədi ilə atıldığını açıqlayıb.

İrandakı digər yerli mənbələrin məlumatına görə, atılan raketlər havadakı 2 qaranlıq obyekti məhv edib.

Partlayışın Avstriyanın paytaxtı Vyanada danışıqların bərpasından sonra baş verməsi diqqət çəkib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu