İnsultun baş verdiyini nə qədər tez anlayıb, tez bir zamanda xəstəxanaya çatdırmasının xəstə üçün boyük əhəmiyəti vardır.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Dilarə Xəlilova deyib. O qeyd edib ki, bu səbəbdən bütün dünyada əhalini maarifləndirmək üçün BE FAST sindromu öyrədilir:

B (balans) – tarazlıq və yerişin pozulması,

E (eye) – görmə pozulması,

F ( face) – üzün və ya ağız bucağının əyilməsi,

A (arm) – xəstənin əlində və ayağıda (yaxud yalnız əldə, yalnız ayaqda) qəflətən yaranan zəiflik və ya hərəkətsizlik,

S (speech) Nitqin aydınlığının pozulması və ya olmaması,

T (time) dərhal, vaxt itirmədən təcili yardıma müraciət etmək.

Ekspert insultun əsas əlamətllərini də açıqlayıb:

“İşemik insultun klinik təzahürləri müxtəlifdir və hansı arterial hövzədə olmasından bir başa asılıdır. Ümumi klinik əlamərləri aşağıda göstərilən ola bilər: bədənin hər hansı hissəsində, xüsusən də sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində hərəkətin (plegiya) və- və/ya hissiyyatın pozulması; görmənin zəifləməsi; nitqin aydınlığının pozulması (dizartriya); hərəkətlərin koordinasiyasının pozulması; baş gicəllənməsi; udma aktının pozulması; qıcolma tutmaları; yaddaşın, tanima qabiliyyətinin pozulması; şüurun pozulması”, deyə o qeyd edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin