Horadiz-Ağbənd dəmiryolu nə vaxt istifadəyə veriləcək?

“Horadiz-Ağbənd dəmiryolu xəttinin 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır

Musteqil.az  xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Dəmir yolu xəttinin tikintisinin 2022-ci ilin sonuna kimi yekunlaşdırılmasının planlaşdırıldığını vurğulayan C.Qurbanov bildirib:

“Xətt 11 kilometr uzadılıb. Artıq 40 kilometrlik torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri də gedir. Paralel olaraq minalardan təmizlənmə işləri də aparılır. Bu ilin sonuna qədər yəqin ki, 50 kilometrlik iş yekunlaşacaq”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Başa dön tuşu