Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Rus quyruğundan tutub bir yerə çatacağımızı düşündüyümüz xəyallar gerçəkləşməyəcək”.

Metbuat.az xəbər verir ki, bu sözləri Qarabağdan gedən ermənilərdən ibarət “Hadrut uğrunda” təşkilatın rəhbəri Leon Hayryan Yerevanda hökumətin əsas binası yaxınlığında keçirdiyi etiraz aksiyası zamanı jurnalistlərlə söhbətində deyib.

“Problem ondadır ki, bu hakimiyyət bizə gələcəkdə Qarabağa, Hadrut şəhərinə qayıtmağa əsas kimi qaçqın statusu vermir. Tələblərimizdən biri də odur ki, mənzillərimiz bir yerdə tikilsin ki, icma kimliyimiz itməsin. Biz orada hazırlaşıb Hadrutu döyüşərək geri alacağıq ”.

Qeyd edək ki, bu gün Hadrutdan çıxan ermənilər Fransa prezidenti Makrona məktub göndərərək Fransadan siyasi sığınacaq istəyiblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin