Deməli, Sumqayıtda sakinlər özləri üçün kəsə yol düzəltmək məqsədilə iki binanın künclərini, yəni beton hissələri dağıdıb yerində oyuq açıblar. Artıq 34 ildir bu oyuqdan keçid kimi istifadə edirlər.

İki binanın küncləri dağıdılıb, beləcə, bir nəfərin keçə biləcəyi oyuq açılıb…

Sakinlər bu oyuğu “kəsə yollu keçid” adlandırırlar. Bura Sumqayıt şəhəridir.

Konkret ünvana gəlincə isə, bura şəhərin 9-cu mikrorayonunda 77 və 78 saylı binalardır. Bu həyətin sakinləri qarşı tərəfə daha qısa müddətdə keçə bilmələri üçün bu addımı atdıqlarını deyirlər. Artıq 34 ildir bu oyuq onlar üçün keçid rolunu oynayır.

Sakinlərin bu addımı onların əlavə vaxt itkilərinin qarşısını alsa da, həm binanın estetik görüntüsünü korlayıb, həm də tikililəri zədələyib. Sumqayıt şəhər İcra Hakimiyyətinin 14 saylı Mənzil Kommunal Sahəsindən XəzərXəbər-ə bildirildi ki, bir neçə dəfə həmin oyuğu bağlamağa cəhd ediblər.

Fakt isə faktlığında qalır: insanlar öz rahatlıqları naminə betondan belə oyuq açıblar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

By admin