Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gürcüstanın keçmiş Baş Qərargah rəisi Georgi Kalandadze Berlində saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı bildirib.

“Baş Qərargahın keçmiş rəisi Kalandadze Almaniyada saxlanılıb. O, Gürcüstan hakimiyyətinin tələbi ilə Berlində tutulub”, – teleşirkət məlumat yayıb. Qeyd edək ki, Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Gürcüstanın Baş Qərargahına rəhbərlik edib. Onu həmin vaxt ölkənin prezidenti olmuş Mixail Saakaşvili təyin edib.

Kalandadzenin saxlanmanın səbəbi hələlik məlum deyil. Ona qarşı 2012-ci ildə vətənində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb. Kalandadze özü də son illər Ukraynada işləyir. O, kiçik bir qrup gürcü əsgəri ilə birlikdə 2014-cü ilin yayında Ukraynaya gəlib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin