Gəncədə mağazada oğurluq hadisəsi olub.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Belə ki, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinə şəhər ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

Araşdırmalar zamanı naməlum şəxsin qeyri-qanuni yolla mağazaya daxil oaraq oradan ümumi dəyəri 700 manat olan tütün məmulatları və 110 manat nağd pulu oğurlaması məlum olub.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş Samux rayon sakini Məhəmməd Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin