Ermənistanla sərhəddə saxlanılan iki hərbçimiz geri qaytarıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunub.

* 21:41 *

Bu ilin 18 dekabr tarixində Ermənistanla sərhəddə saxlanılan iki Azərbaycan hərbçisi geri qaytarılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 20-də Rusiyanın vasitəçiliyi ilə Ermənistan tərəfi onları Azərbaycana təhvil verib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu