Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili üzrə 2021-ci il dekabrın 26-da keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Metbuat.az xəbər verir ki, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1070 abituriyentdən 82 nəfəri imtahana gəlməyib.

Daha əvvəl də qeyd olunduğu kimi, sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan imtahan modelinə uyğun keçirilib.

Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılıb. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin