Müğənni Damlanın sosial şəbəkə hesabındakı paylaşımı tənqid edilib.

Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi qolunu kəsici alətlə kəsərək “Damla” yazan fanatına aid şəkli yayımlayıb. İfaçı pərəstişkarına müraciət edərək, bunları yazıb:

“Damla fanatları, sizi belə görmək istəmirəm. Can Allahın əmanətidir. Belə etməklə məni üzürsünüz. Bu fanatımla mütləq görüşəcəm”.

Damlanın sözügedən paylaşımı sosial şəbəkədə yayılaraq, tənqid hədəfinə çevrilib. İstifadəçilər bu cür şəklin yayımlanmasını düzgün hesab etməyib.

Damla daha sonra paylaşımını silib.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin