Cəlilabad sakini polisə xəsarət yetirib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dekabrın 19-da DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Cəlilabad şəhər sakini F.Quliyev yaşadığı evdə atası, əvvəllər məhkum olunmuş Faiqin sərxoş vəziyyətdə münaqişə yaratdığını və onları öldürməklə hədələdiyini bildirib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, dərhal Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib. F.Quliyev nizam-intizama dəvət olunub, lakin o, polis əməkdaşlarını təhqir edib və qaz sobasının üzərindən götürdüyü dəmir tava ilə polis əməkdaşlarından birinə xəsarət yetirib. F.Quliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (Xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi başlanıb.

Xəsarət almış polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu