Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycana idxal edilən təzə və ya soyudulmuş baş (adi) soğan, şalot soğanı, xiyar və kornişonlara tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb.

Metbuat.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Təzə və ya soyudulmuş baş (adi) soğan, şalot soğanın 1 kq-na tətbiq olunan 0,6 ABŞ dolları, xiyarın 1 kq-na tətbiq olunan 0,8 ABŞ dolları, kornişonların 1 kq-na tətbiq olunan 0,8 ABŞ dolları idxal gömrük rüsumunun tətbiq müddəti 31 dekabr 2021-ci ildən 31 dekabr 2023-cü ilə qədər uzadılıb.

Bu müddətdən sonra həmin məhsulların 1 kq-na 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin