Bakıda qohumundan hədə-qorxu ilə 100 min dollar tələb edən şəxs tutulub


Bakıda qohumundan hədə-qorxu ilə 100 min dollar tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinə paytaxt sakini R.Rəhmanovdan hədə-qorxu yolu ilə 100.000 ABŞ dolları tələb edilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Rəhmanovdan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən qohumu E.Quliyev Nəsimi rayonu ərazisindəki restoranların birində ondan 10.000 ABŞ dollarını alarkən saxlanııb.
Araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu