BakıSumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, qəza bu gün səhər saatlarında Bakı-Sumqayıt yolu, Xırdalan qəbiristanlığının qarşısında qeydə alınıb. Bakı şəhəri istiqamətində hərəkətdə olan “Tofaş” və “Volkswagen Passat” markalı avtomobillər toqquşublar. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, qəza səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

Polis əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin