Azərbaycandan “Altın Kelebek”i o qazandı


Bu gün Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, müsabiqədə “Azərbaycanın gənc ulduzu” kateqoriyası üzrə də qalib müəyyənləşib.

Bu ada Nahidə Babaşlı layiq görülüb.

“Hamıya Azərbaycandan salam gətirdim. Çox sevincliyəm, tikanlı yolun sonu belə bitdi. Ailəmə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm”. – deyə o, çıxışında bildirb.

Qeyd edək ki, Ayaz Babayevlə Çinarə Məlikzadə də “Azərbaycanın gənc ulduzu” kateqoriyası üzrə namizəd idilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Başa dön tuşu