Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Avroviziya-2022” müsabiqəsində Azərbaycanı təmsil edəcək mahnının seçimi üzrə qəbula başlanılıb.

Metbuat.az report-a istinadən bildirir ki, mahnı seçimində iştirak etmək istəyənlər yanvarın 31-ə qədər öz mahnılarını [email protected] elektron ünvanına göndərə bilərlər.

Azərbaycanda rəsmi yayım hüququna sahib İctimai Televiziya və Radio Yayımları Şirkəti İtaliyanın Turin şəhərində keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək mahnının seçiminə dair şərtlərini də açıqlayıb.

Şərtlərdə qeyd edilir ki, göndəriləcək mahnı demo versiyada hazır şəkildə səsləndirilmiş olaraq təqdim edilməlidir. Avropa Yayım İttifaqının (EBU) şərtlərinə əsasən mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2021-ci il sentyabrın 1-dən əvvəl ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Mahnı seçimi turunda iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

Qeyd edək ki, “Avroviziya-2022” mahnı müsabiqəsi Turində 10, 12 və 14 may tarixlərində baş tutacaq.

Müsabiqədəki Azərbaycan nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin