Şəhid ailələri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov “Xəzər Xəbər”ə deyib ki, yeni vergi güzəştləri Milli Məclis tərəfindən artıq təsdiq olunub.

Yeniliyə əsasən, həmçinin bu kateqoriyadan olan şəxslərin banklarda olan kredit borclarının silinməsi nəticəsində yaranan gəlirlər də vergidən azad olunacaq.

Vergi güzəştlərinin tətbiq edilməsi qazilər və şəhid ailələrinin üzvlərinin sosial təminatının daha da gücləndirilməsi məqsədinə xidmət edir. Dəyişikliklərin gələn aydan etibarən qüvvəyə minməsi nəzərdə tutulur.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin