ABŞ Ukraynaya hərbi yardımla bağlı nəzərdə tutduğu məbləği açıqladı


ABŞ-ın 2022-ci il üçün müdafiə büdcəsi layihəsində Ukraynaya 300 milyon dollar hərbi yardımın ayrılması nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bu məbləğ ABŞ administrasiyasının tələb etdiyindən 50 milyon dollar çoxdur.

“Qanun layihəsində Ukrayna ordusuna dəstək və yardım göstərən Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü üçün 300 milyon dollar ayrılmasını nəzərdə tutur ki, bu da 250 milyon dollarlıq büdcə tələbindən artıqdır”, – sənədin qeydində deyilir.

Qanun layihəsi, Prezident Co Baydenin imzasından əvvəl Nümayəndələr Palatası və Senat tərəfindən təsdiqlənməlidir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.