Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Moskvada nazir müavinləri səviyyəsində 3+2 formatında görüş keçirilib. Gürcüstan iştirak etmədi, lakin biznövbəti görüşü Türkiyədə keçirməyi planlaşdırırıq və inanırıq ki, Gürcüstan da həmin görüşdə iştirak edəcək”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İslamabadda jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Həmin görüşlər və son hadisələr (azərbaycanlı həmkarı Bayramovla ikitərəfli görüşlər çərçivəsində – red.) fonunda fikir mübadiləsi apardıq və məlumat paylaşdıq. Parlamentdə dedik ki, Ermənistanla birbaşa əlaqə saxlamaq üçün xüsusi nümayəndə təyin edəcəyik. Ermənistan da öz xüsusi nümayəndəsini təyin edib. Bəzi aviaşirkətlərin uçuş tələbləri olub və biz onlardan bəzilərini qarşılayacağıq. Biz də onlarla məsləhətləşdik. Biz Azərbaycanla, xüsusən də Cənubi Qafqazda bir yerdə məsləhətləşir, birgə qərarlar qəbul edirik”, – deyə Çavuşoğlu qeyd edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin