Əcnəbi və iki övladını məcburi işlədən şəxs həbs edilib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Əcnəbi vətəndaşı və onun azyaşlı övladlarını məcburi əməyə məruz qoyan şəxs məhkum edilib.

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaş olan bir qadını və onun iki azyaşlı uşağını Zərdab rayonunun Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Məhəmməd Babakişiyev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-2.2.1 və 144-2.2.2-ci (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmünə əsasən, M.Babakişiyev Cinayət Məcəlləsinin həmin maddələri ilə (məcburi əmək) təqsirli bilinərək yeddi il müddətinə azadlıqdan məhrum edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu