DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 9-da BakıQazax yolunun 47-ci kilometrliyində yerləşən postda Salyan rayon sakini Əli Cəfərlinin idarə etdiyi “VAZ-21154”, Sabirabad rayonunun Nizami kəndi ərazisində yerləşən postda isə Şirvan şəhər sakinləri Ceyhun Vahidovun idarə etdiyi “VAZ-2121” və Tural Qaytaranovun idarə etdiyi “RAF” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə Ə.Cəfərli, 333.1-ci maddəsi ilə C.Vahidov, 331.2-ci, 342.2-ci və 334.1-ci maddələri ilə isə T.Qaytaranov barəsində protokollar tərtib olunub.

Qaradağ rayon məhkəməsinin qərarı ilə Ə.Cəfərli 2 il müddətinə sürücülük hüququndan məhrum edilib və 400 manat cərimələnib, Şirvan şəhər məhkəməsinin qərarı ilə C.Vahidov 10 ay müddətinə sürücülük hüququndan məhrum edilib, T.Qaytaranov isə 5 gün müddətdinə inzibati həbs edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin