Qarabağ kanalının Bərdə rayonu, Həsənli kəndi ərazisindən keçən hissəsində qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə kanalın Həsənli kəndi ərazisindən keçən hissəsində aşkar edilən naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı