2018- çox ilin yay aylarında 32 min insanın yaşadığı Masallı rayon Şatıroba, Hisgədərə, Miyanki, Kubin, Birinci Səmədxanlı, Xalıcalı, Əminli Məmmədxanlı kəndlərinin sakinləri üçün bayram sevincini yaşandı. Ölkə rəhbəri bəhs etdiyimiz kəndlərin sakinlərinin sosial həyatlarının yaxşılaşdırıldı üçün yol çəkilişi barədə 23 iyul 2018-ci il tarixli Sərəncam imzaladı. Sərəncamda yolun çəkilişi üçün dövlət büdcəsindən 7,5 milyon vəsaitin ayrilması birbaşa qeyd olunur. Eyni vaxtda tələb olunan vəsaitin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təmin edilməsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinə isə barəsində danışdığımız məsələnin həlli ilə bağlı göstəriş verməsi Sərəncamda açıq şəkildə öz əksini tapıb. Nəhayət ki, adları qeyd olunan kəndlərin sakinləri də abad yola qovuşacaqdı.
Di gəl ki, belə yerdə deyirlər ey, “sən saydığını say, gör fələk nə sayır”. Lakin bu işdə fələyi qınamağa haqqımız yoxdur. Səbəb? Səbəb çox bəsit. Çünki “sayan” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və tikintiyə daxil olan dövlət orqanları oldu.
Saydıqları da yolun çəkilişi üçün büdcədən ayrılan vəsaitin hansı və neçə yolla bölüşdürülməsi kimi “vacib tənlik” idi.
Nəhayət hər bir qurum üzərinə düşən “öhdəliklərini” bölüşdükdən sonra yolun tikintisinə başlanıldı. Yolun “yolsuzluq düsturu” ilə inşa olunması maraqlı tərəflər tərəfindən qərara alındı. Maraqlı tərəflər kimlər idi?
Təbii ki, ilk olaraq “Azəravtoyol” Dövlət Agentliyi, Masallı rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Vergilər Nazirliyi və. s.
Prezidentin imzaladığı sərəncamla və ayırdığı büdcə ilə adı gedən kəndlərin hər birini rayon mərkəzinə bağlayan yolun tikintisi üçün nəzərdə tutulan vəsait və xərclər incəliklərinə qədər nəzərə alınmışdı. Bəs necə oldu ki, işin icraçıları işin içindən çıxa bilmədilər?
Əslində onlar bacarıqla çıxdılar. Çünki, coğrafi mövqeyinə görə il boyu intensiv yağan yağışlar nəticəsində daima zığ- palçıq olan Miyanki-Kubin kəndlərinə addım atmadılar. Bildilər ki, bahalı maşınları ilə birlikdə özləri də xirtdəyə qədər palçığa batacaqlar. Masallı rayon İcra Başçısı, Azəravtoyol” Dövlət Agentliyi və digər cavabdeh qurumlar daha bilmədilər ki, palçıqa batmaq, yalana batmaqdan qat-qat yaxşıdır.
Yuxarıda bəhs etdiyimiz yalan ortağı olan şakərlər nəhayət ki, üzləri belə qızarmasın Prezidentin qarşısına çıxıb, yolun tikintisinin başa çatdığını söyləməkdən çəkinmədilər. Halbu ki, layihədə yer alan Miyanki-Kubin kəndləri arasındakı 40 km yol nəinki, çəkilməmiş, hətta çınqıl belə döşənmişdir.
Rayonun İcra Başçısı Şahin Məmmədov və “Azəravtoyol” QSC-nin sədri Saleh Məmmədov özlərinə olan hörməti bir kənara buraxaq, Miyanki-Kubin kəndlərinin zəhmətkeş insanlarına, ölkə rəhbərinə hörmət etmədən “AG YALAN” danışaraq, bəhs etdiyimiz Sərəncamın uğurla yerinə yetirilməsi barədə prezidentə məlumat verdilər. Ölkə ictimaiyyətini və illərcə yol çəkilişini gözləyən Miyanki-Kubin kəndlərinin sakinlərini ələ salmaqdan belə çəkinmədilər və hətta zövq aldılar. Aldadıldıqlarını görən kənd sakinləri ayaqlarına qaloş geyib düşdülər haqlarını aramağa. Masallı rayon İcra Başçısı Şahin Məmmədov da onların palçıqlı qalmalarına baxıb, qapıdan qovdu. Hətta inadla qapılar döyən Kubin sakinlərini rayonun prokurorluq, polis vasitəsi ilə gözlərinin odunu almağa çalışdı. Azəravtoyol QSC-nin sədri Saleh Məmmədovdan “atılan daşlara diksinməyiriz” “yoqa”sı ilə məşğul olmağı seçdi.
Kubin kənd sakini (Bağırov Hümbət Qürbət oğlu ad şərtidir) haqlı olaraq dəfələrlə etdiyi müraciətinə Masalli rayon icra hakimiyyəti tərəfindən müxtəlif cavablar verilib. Eyni problem üçün verilən dörd müxtəlif cavab ya savadsızlığın ya da vətəndaşı elə salmanın göstəricisi ola bilər. Cavabları siz oxucularımıza qısa məzmunla olduğu kimi təqdim edirik.
Cavab 1
“Bildiririk ki, Şatiroba-Hiskənvə-Kubin avtomobil yolu Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan Dövlət Avtomobili Yolları Dövlət Agentliyi tərəfindən layihə-simeta sənədinə uyğun olaraq inşa edilib başa çatdırılmışdır. Sözügedən yolun təmiri ilə bağlı növbəti illər Sosial-İqdisadi İnkişafın Dövlət Proqramına salınmasndan ötrü Masallı rayon 47 nomrəli Yol İstismarı MMC tərəfindən aidiyyati qurumlara təkliflər göndərilmişdir.
İmza: MRİHB Memarlıq və tikinti şöbəsinin müdiri A.Mikayılov.
Cavab-2
Bildiririk ki, müraciətiniz də qeyd etdiyiniz yol bələdiyyənin balansında olduğundan bu yollar bələdiyyənin vəsaiti hesabına təmir etməlidir. Onu da qeyd edirik ki, bələdiyyələrin büdcəsi vətəndaşları ödədikləri torpaq və əmlak vergisi hesabına formalaşır. Bələdiyyələrin hesabına vəsait olduğu təqdirdə həmin yolun təmirinə Miyanki kənd bələdiyyəsinə müvafiq tapşırıq verilmisdir. Qeyd olunan yolun təmir edilməsi üçün Miyanki kənd bələdiyyəsinə müraciət etməyiniz tövsiyyə olunur.
İmza: MRİH-nin müavini- Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Adəm Məhərrəmov.

Masallı rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşa ünvanlanmış məktubudan açıq-askar görünür ki, rayonun icra başçısı Şahin Məmmədov rəhbərlik etdiyi rayon əhalisinə barmaqarası baxır. Bəlkə düşünür ki, palçıq içərisində yaşamağa məhkum etdiyi Miyanki və Kubin kəndlərinin sakinlərinin əqli düşüncəsi də palçığa batıb? Çox yanılır.
Müharibə gedən bir ölkədə prezident xalqının rifahını düşünərək onların həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə 7,5milyon vəsaiti dövlət büdcəsindən ayırmışdır ki, xalqı rifaha qovuşsun. Şahin Məmmədovla Saleh Məmmədovsa yalan məlumatlarla prezidenti aldatdatdılar. Ardından da yol çəkilişi adı ilə sovurduqları pullardan Masallının buz bulaqları başında icgi məclisi qurub, 32 min insanın ələ salınmasına rişxəntlə güldülər.
Söhbət yoldan gedirsə istər Şahin Məmmədova istərsə də Saleh Məmmədova xatırlatmaq istərdik. O qədər də əmin olmayın ki, bütün yollar Romaya gedir. Unutmayın ki, çıxmayan dalanlara aparan yollar daha çoxdur. Misir ehramlarının labirintləri kimi. Bizdən söyləməsi. Sonra demədiz deməyin. Nə qədər ki, gec deyil Miyanki, Kubin kəndlərinin sakinlərinin səsinə qulaq verin. Onlar əmindirlər ki, prezident onları dinləyəcək və yuxarıda söylədiyimiz tənliyin kökaltına düşən sizlər olacaqsıniz. Yol verməyən “yol göstərənlər”.
Tərifə Maqsudova.

By admin

Yuxarı