Karyerası ərzində Türkiyə millisini, “Qalatasaray“, “Fənərbağça” və “Beşiktaş” kimi İstanbul nəhənglərini çalışdırmış, hazırda “Altay”ın baş məşqçisi olan Mustafa Dənizlinin adı İzmirdə yeni açılacaq “Alsancaq” stadionuna veriləcək.

Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, arenanın açılış mərasimi noyabrın 26-da keçiriləcək. Tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.

“Altay” və “Altınordu” klublarının ev oyunlarını keçirəcəyi idman qurğusu 15 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, Dənizli 2013/2014 mövsümündə “Xəzər Lənkəran“ın baş məşqçisi olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı