Payız-qış aylarında orqanizm kəskin vitamin D defisiti keçirir. D vitamini hətta isti yay aylarında təbii olaraq günəşdən alınsa da, cəmi 3-4 aya sərf olunub gedir.

Metbuat.az medicina.az-a istinadən analiz vermədən, evdə, özünüzdə vitamin D defisitini təyin etməyin metodunu təqdim edir.

Özünüzdə bu vitaminin çatışmamasını necə yoxlamalı?

– Saçlarınıza, dırnaqlarınıza baxın – əgər quru, qırılan, laylanan, cansızdırsa, sınırsa, uzanmırsa, saçlarınız tökülürsə deməli vitamin azdır

– Bədən, əllər, boyun tez-tez tərləyirsə

– Gecələr yatanda və ya çox oturanda qollar, ayaqlar uyuşursa, qıcolmalar baş verirsə

– Əzələlər zəifdirsə, spazmlar olursa

– Yuxunuz normal deyilsə, yuxuya gedə bilmirsiz

– Qadınlarda menstruasiya pozulmaları varsa

– Kişilərdə cinsi zəiflik və enerjisizlik varsa

– Daim yorğun, əzgin, bir işi görməyə halınız yoxdursa

– Sümüklər, barmaqlar, oynaqlar ağrıyırsa

– Başda duman hissi, diqqət, yaddaş zəifliyi varsa

– Sümüklərdə kövrəkləşmə başlayıbsa

– Ağzınız, diliniz, ağız ətrafı sanki qurudursa

– Çəkiniz öz-özünə artırsa, bədən sanki şişirsə

– Bağırsaqlarda spazm, şişmə varsa






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



By admin

Yuxarı